Accessibility links

Hollivudun yeni 3D macəra filmi - “Pompeii” [Video]


Film Vezuvi dağından vulkan püskürməsi nəticəsində qədim Roma şəhərinin yerlə yeksan olmasından bəhs edir

Hollivudun son macəra filmi “Pompey” eramızdan əvvəl 79-cu ildə Vezuvi dağından vulkan püskürməsi nəticəsində qədim Roma şəhərinin yerlə yeksan olmasından bəhs edir. “Pompey” filmi özündə romantika ilə yanaşı döyüş səhnələrini, eləcə də həqiqi tarixi hadisələri canlandırır.

Pompey əhvalatı insanların təsəvvüründə külə dönmüş insanların dəhşətli xatirələri ilə həkk olunub. “Pompey” filminin direktoru Pol Anderson haqqında danışılan şəhərə səfər edərək, baş verənləri yerində tədqiq edib. “Orada bir-birinə sarılmış iki cəsəd var idi - bir–birinə baxan sevgililər. Zatən kinonun ideyası da elə bu səhnədən ilham alır.”

Məhəbbətə həsr edilmiş bu film təkcə kinosevərlər üçün deyil, alimlər üçün də maraqlıdır. Onların arasında vulkanlar üzrə ekspert Rozali Lopes və arxeoloq Sara Yomans var.

“Əgər siz şəhəri görmək və o dövrün sivilizasiyasına qərq olmaq istəyirsinizsə, həmin 3D filmində bunu edə bilərsiniz” - deyə, Pol Anderson bildirir.

3D yanacaqla dolu butulkalardan istifadə edilərək, Vezuvi dağındakı vulkanın püskürməsi səhnəsini gözəl təsvir edə bilib. Şəhərə külün və daşların yağış kimi yağmasına baxmayaraq, Lopes bunun həqiqətdən bir qədər uzaq olduğunu deyir. Filmdə eləcə də zəlzələ və sunami səhnələri yer alır. Lopes bunların baş verdiyini, lakin sunaminin filmdə olduğu kimi irimiqyaslı olmadığını deyir. O, Vezuvi vulkanı yaxınlığında yaşayanların artıq narahat olmadıqlarını deyir. “Biz hazırda vulkanın püskürəcəyini qabaqcadan bildirən xəbərdarlıq sisteminə malikik. Vezuvi bir də püskürə bilər. Vezuvinin püskürmə qabiliyyətinə malik olması onun əvvəlki ilə eyni dərəcədə olacağı demək deyil.”

Kinematoqraflar filmdə o dövrdəki romalıların amansız siyasətini də canlandırıblar.

Aktyorun ifa etdiyi qladiator və qul Attikus Kit Harinqtonun ifa etdiyi Milo ilə dostdur.
Aktyorlar Akinoy Aqbaci və Harinqton əsl qaldiator kimi görünmək üçün çox çalışıblar.

Hərçənd ki, Hollivud tarixi olaylara öz fantaziyasını qatıb, ekspertlər "Pompey" filmində vulkan nəticəsində baş verənlər və Vezuvi şəhəri dağılmazdan əvvəl orada mövcud olan şəraitin dürüst təsvir edildiyini deyirlər.
XS
SM
MD
LG