Accessibility links

Timur Oduşev Hollivudun ən yaxşı gənc aktyoru mükafatını alıb


Timur Oduşev Hollivudun ən yaxşı gənc aktyoru mükafatını alıb

Timur Oduşev Hollivudun ən yaxşı gənc aktyoru mükafatını alıb

Gənc azərbaycanlı aktyor Timur Oduşev “Sahə” filmində ifa etdiyi rola görə Hollivudun gənc aktyorlarına verilən ən yüksək mükafata (Hollywood Young Artists Award) layiq görülüb.

Gənc azərbaycanlı aktyor Timur Oduşev “Sahə” filmində ifa etdiyi rola görə Hollivudun gənc aktyorlarına verilən ən yüksək mükafata (Hollywood Young Artists Award) layiq görülüb. Timur Oduşev Hollivudun 32-ci gənc aktyor mükafatlarının təqdimatı mərasimində xarici kino-filmdə baş rolun ən yaxşı ifaçısı kimi mükafat alıb. Tədbir martın 13-də Kaliforniyada Los Anceles şəhərində keçirilib “Sahə” filminin quruluşçu-rejissoru İlqar Safat Amerikanın səsinə xəbəri təsdiqləyib. “Bu, bizim üçün böyük sevincdir. Əslində, sevincimizdən az qala şokda idik” -deyə o bildirib.

“Sahə”filmi Azərbacyanın (“Nərimanfilm”) və Gürcüstanın (“Georgiafilm”) birgə layihəsidir. Film bütünlüklə Azərbaycanda çəkilib.

“Sahə” filmi haqda məlumat almaq üçün bu linkə baxa bilərsiniz.

http://www.theprecinct.az/

Hollivudun gənc aktyorları mükafatları haqda məlumat aşağıdakı linkdədir.

http://www.youngartistawards.org/



  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG