Accessibility links

Oğurlanan sənət əsərləri Holokost qurbanlarının ailələrinə qaytarılmalıdır [Video]


Oğurlanan sənət əsərləri Holokost qurbanlarının ailələrinə qaytarılmalıdır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Oğurlanan sənət əsərləri Holokost qurbanlarının ailələrinə qaytarılmalıdır

Britaniya aktrisası Helen Mirren Birləşmiş Ştatlar qanunvericilərinin Holokost zamanı faşistlərin oğurladığı sənət əsərlərinin sahiblərinə qaytarılması barədəki tələbinə qoşulub. On illər əvvəl, əsasən də yəhudilərin olmaqla, faşistlərin ələ keçirdiyi qiymətli əsərlər dünyanın incəsənət qalereyalarında və kolleksionerlərdədir. Bu ilin əvvəlində Birləşmiş Ştatların bir qrup senatoru faşistlər tərəfindən müsadirə edilən əsərlərin sahiblərinə qaytarılması barədə qanun layihəsi hazırlayıb.

Helen Mirren bu məsələ ilə "Woman in Gold" filminin çəkilişi zamanı maraqlanmağa başlayıb. Filmdə Holokost zamanı onun ailəsindən oğurlanan sənət əsərlərinin bir hissəsinin geri qaytarılmasında nailiyyət əldə edilməsindən danışılır. “Bu hekayə gözəl ölkə - Amerika Birləşmiş Ştatları olmadan alınmazdı. Bu hekayədə Birləşmiş Ştatların bütövlüyündən və gücündən danışılır" deyə, aktrisa bildirir.

Senatda keçirilən dinləmələrə sədrlik edən Texasdan Respublikaçı senator Ted Krusla birlikdə Oskar mükafatına layiq görülmüş aktrisa da oğurlanan sənət əsərlərinin sahiblərinə qaytarılması yollarını müzakirə edib. Helen Mirren: “70 ildən sonra Holokost qurbanlarının və onların ailələrinə məxsus əşyaların geri qaytarılmasına dair qərarın hələ də qəbul edilməməsi olduqca kədərli haldır.”

Şəffaflığın olmaması və hüquqi məhdudiyyətlər miraslarının indiyədək sahiblərinə qaytarılmamasına səbəb olub. Onlardan biri də Simon Qudmandır ki, babasının kolleksiyasının qaytarılması üçün 20 ildir mübarizə aparır. “Frits Qudman 1944-cü ilin aprel ayında Terezinşdatda qətlə yetirilib. 1994-cü ildə atam vəfat edəndən sonra mən onun atasından qalan kolleksiyanı axtardığını, lakin axtarışlarının uğursuz olduğunu öyrəndim.”

Əsas maneələrdən biri oğurlanmanın həyata keçirildiyi vaxtla geri qaytarılma tələbinin arasındakı zamandır. Lakin vəkillər Holokost zamanı törədilən cinayətlərin hüdudsuz olduğunu deyirlər. "İncəsənət Əsərlərinin Bərpası Komissiyası"ndan Aqnes Perejtegi: “Qanunda soyqırımın ittiham müddəti ilə bağlı məhdudiyyətlər olmadığı kimi, soyqırım kampaniyası zamanı yağmalanmış sənət əsərlərinə də eyni münasibət bəslənilməlidir.”

Hər iki partiyanın dəstəklədiyi Holokost Yağmalanmış Əsərlərin Qaytarılması Aktı nasistlər tərəfindən müsadirə edilmiş incəsənət əsərləri üzrə iddialara vaxt məhdudiyyəti və başqa prosedur maneələr şamil edilməməsini təmin edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG