Accessibility links

Yanvar ayının 27-i Holokast qurbanlarının anım günüdür.

1945-ci ildə Sovet ordusunun Auşvits-Birkenay ölüm düşərgəsini azad etdiyi bu gün BMT-nin Baş Assambleyası tərəfindən anım günü elan edilib.

Əksəriyyəti yəhudi olmaqla bu düşərgədə alman nasistləri tərəfindən 1.1 milyon insan qətlə yetirilib.

Soyqırımlara yol verilməyəcəyinə and içən ABŞ prezidenti Barak Obama deyib ki, 6 milyon yəhudi və digər milyonlarla günahsız insan 60 il bundan əvvəl həyatlarını faciəvi şəkildə itirib. Prezident faciənin ildönümünün əməl vaxtı olduğunu bildirib.

Roma Papası XVI Benedikt bəşəriyyəti qatil irqçiliyindən uzaq durmağa çağırıb.

ATƏT dözümsüzlüklə mübarizəyə və gənclərin insan hüquqları barədə maarifləndirilməsinə çağırıb. Təşkilat quruma üzv ölkələri genosidlərə yol verilməməsi üçün Holokast faciəsi barədə gənc nəslə məlumat verilməsinə səsləyib.

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dedikləri qəzəblə qarşılanıb. Diktator Benito Mussolinini tərifləyən Berluskoni deyib ki, İtaliyada yəhudilərin öldürülməsi və ölüm düşərgələrinə göndərilməsinə baxmayaraq, Mussolini yaxşı işlər görüb.
XS
SM
MD
LG