Accessibility links

Yanvarın 27-i Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

Bu anım günündə Birləşmiş Millətlər Təşkilatı hər bir üzv dövləti faşizm dövrünün qurbanlarının xatirəsini yad etməyə çağırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, qətlə yetirilən və yaxud Holokost nəticəsində həyatları tanınmaz dərəcədə dəyişən milyonlar insanın xatirəsini hər kəsin yad etməsi üçün əsl vaxtdır.

“Holokost qurbanlarının Anım Günü keçmişin bizə verdiyi dərslərlə bugünkü həyatımızı məlumatlandırmaqda bir nümayiş kimi xidmət edir. Bütün bəşəriyyəti daha təhlükəsiz, daha yaxşı bir gələcəklə təmin etmək üçün gəlin birlikdə çalışaq”, səfirlik qeyd edir.

XS
SM
MD
LG