Accessibility links

Nasistlərin ölüm düşərgəsindən xilas olaraq dünyanın ən tanınmış müəlliflərindən biri olmuş və daha sonra Nobel Sülh Mükafatı qazanmış Elie Wiesel dünən 87 yaşında ABŞ-ın Nyu-York şəhərindəki evindən vəfat edib.

İsrailin Yad Vaşem Holokost Memorialı onun ölümü barədə açıqlama versə də, təfərrüata varmayıb.

Müəllifin xatirəsini yad edən İsrail baş naziri Benyamin Netanyahu deyib ki, o, insan ruhunun qəddarlıq və şər üzərində qələbəsinin ifadəsidir: “6 milyon bacı və qardaşımızın öldürüldüyü Holokostun qaranlıqlarında Elie Wiesel bir işıq süası və insanlardan xeyrə inanan bəşəriyyətin nümunəsi kimi xidmət edib”.

ABŞ prezidenti Barak Obama da Wiesel-i əziz dostu və dövrünün ən böyük mənəvi səslərindən biri adlandırıb. “O, səsini yalnız anti-Semitizmə qarşı deyil, həm də bütün növ nifrət, fanatizm və qeyri-tolerantlığa qarşı ucaldıb” – deyə prezident bildirib.

Rumıniyada doğulan Wiesel 1944-cü ildə bütün ailəsi ilə birlikdə Auşvitz ölüm düşərgəsinə göndərilib.

Valideynləri və bacısı öldürülsə də, Wiesel Nasist qəddarlığından xilas olaraq jurnalist kimi karyerasına başlayır.

Fransız yazıçı ona Holokost barədə hekayələr danışmağa təkid edir və Wiesel-in xatirələri Gecə kitabı 1958-ci ildə işıq üzü görür. 30 dilə tərcümə edilən kitabın milyonlarla nüsxəsi satılıb.

Fransız yazıçı ona Holokost barədə hekayələr danışmağa təkid edir və Wiesel-in xatirələri Gecə kitabı 1958-ci ildə işıq üzü görür. 30 dilə tərcümə edilən kitabın milyonlarla nüsxəsi satılıb.

Wiesel yazdığı növbəti Holokost memuarını real hadisələr fonunda bədii əsər janrında yazır.

O, müharibə, ayrıseçkilik və insan haqlarının boğulmasına qarşı səsini ucaltdığı üçün 1986-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb.

XS
SM
MD
LG