Accessibility links

Gürcüstanda homoseksuallar təzyiqlərə məruz qalır


Gürcüstanda homoseksuallar ciddi təzyiqlərə məruz qalır
please wait

No media source currently available

0:00 0:01:55 0:00
Qərbdə homoseksuallar bərabər hüquqlarla təmin edildiyi halda, keçmiş Sovet respubliklarında onlar ciddi təzyiqlərə məruz qalır. Rusiyanın “ gey təbliğatının” yasaqlanmasına dair qanunu Qərbdə rus malları və tədbirlərinin boykot edilməsinə səbəb olub. Gürcüstan respublikasında da Pravoslav Kilsəsi açıq şəkildə onlarla mübarizə aparır.

Gürcü pravoslav kilsəsinin rəhbərliyi və onun minlərlə tərəfdarı ötən may ayında paytaxt Tbilisidə himoseksulların yürüşü əleyhinə etiraz aksiyası keçirmişdi.

Onlar plakatlar qaldırmış, himn səsləndirmiş, homoseksualları dalamaq üçün əllərində gijitkən daşımışdı. Nümayişçilər polis kordonunu sındıraraq, maşınlarda gizlənmiş geylərə “onları öldürün” deyə hücum etmişdi.

Biz bunu günah sayırıq
Həmin gün heç kim öldürülməmişdi. Yalnız yüngül xəsarət alanlar olmuşdu. Şalva Kekelia nümayişdə iştirak edən 200 keşiş arasında olub. O, keşişlərin zorakılıqlara mane olmağa çalışdıqlarını deyir. “Biz geylərə dedik ki, gedin. Çünki biz kütləni saxlaya bilməzdik. Onlar inkar edir, aqressivlik göstərirdi. Biz onları saxlamaqda çətinlik çəkirdik.”

O deyir ki, homoseksullar gözə görünməməlidir.“Bu bizim üçün inandırıcı deyil. Başa düşürük ki, hər kəsin istədiyini etmək kimi azadlıq deyilən bir şey var. Lakin biz bunu günah sayırıq.”

Bir çox gürcü kimi Kekelia ata da homoseksullara qarşı tolerantlığı xarici təsir adlandırır. “Avropada bizə tolerantlıq dərsi verirlər. Niyə düşünürlər ki, biz bu qədər axmağıq, nə edəcəyimizi bilmirik?”

Lakin yaxınlıqdakı kafedə homoseksualların hüquqlarının müdafiəçisi David Şubladze deyir ki, Gürcüstanda da tolerantlıq mövcuddur. “Təkcə gey və lezbianlar deyil, adi normal insanlar da bizə dəstək verir. Onlar 15 min imza toplayaraq, parlamentdən mayın 17-də yol verilən zorakılıqların araşdırılmasını tələb edib.”

Hakim partiyanın koqresmen üvzü imzaları sual altına aldıqda insanlar Facebookda “mən buna imza atmışam və mən həqiqiyəm” deyə mesajlar göndərmişdi.

Tabu ictimai təzyiqlə aradan qaldırılıb. Keşişlərin ikisi zorakılıq və təhlükə yaratmaq ittihamı ilə nəzarət altına alınıb.

Elmi Araşdırma İnstitutunun direktoru Aleksandr Rondeli anti-gey zorakılıqlarının nəticələrini yüksək qiymətləndirir. “Baş verənləri yaxşı qiymətləndirmək lazımdır. Belə ki, kilsələrin tənqid toxunulmazlığı aradan qaldırıldı. Bir çoxları kilsəni qınadı.”

Gürcüstanın baş naziri Bidzina İvanişvili hökumətinin azlıqları müdafiə etdiyini deyib. “3 gün sonra bəzi qruplar dinc nümayişlər keçirdi. Polis onları qəzəbli kütlənin müdaxiləsindən müdafiə etdi. Bu, hökumətin azlıqları necə qoruduğuna işarədir.”

Bu ənənəvi icma 21-ci əsrdə irəlilədikcə, Gürcüstanda sosial dəyişikliklər uğrunda mübarizə aparan yeni nəsil doğula bilər.
XS
SM
MD
LG