Accessibility links

Mətanət Əzizova: Azərbaycanda homoseksuallar psixoloji sıxıntı ilə üzləşir [Audio-Müsahibə]

  • Nərminə Cəlalqızı

Mühafizəkar Azərbaycan cəmiyyəti homoseksualları qəbul etmir və bu üzdən həmin icma üzvləri psixoloji sıxıntı ilə yaşayır, deyə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizvoa Amerikanın Səsinə bildirir.


AZAD LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının intiharına reaksiya verən hüquq müdafiəçisi Azərbaycanda əksər homoseksualların öz cinsi orientasiyalarını gizlətmək məcburiyyətində qaldırqarını deyir. Onun sözlərinə görə mühafizəkar cəmiyyətin basqıları ilə üzləşən adamlar göstərilən münasibətə dözməkdə çətinlik çəkirlər.

Buna misal olaraq xanım Əzizova Eurovision-2012 yarışından öncə Bakıda gey parad keçiriləcəyi haqda xəbərə Azərbaycan sosial şəbəkələrindəki qəzəbli reaksiyanı misal gətirir. Onun sözlərinə görə həmin vaxt bir çoxları gey paradın keçirilməsinə yol verməyəcəklərini və bunun qarşısını hər vəchlə alacaqlarını deyirdi.

“Problem ondadır ki, cəmiyyət konservativ cəmiyyətdir,” deyə hüquq müdafiəçisi bildirir.

Azərbaycanda homoseksual icmanın ağır durumunu Gürcüstan və Ermənistanla müyqaisə edən Mətanət Əzizova cinsi azlıqlara tolerantlıq baxımdan Azərbaycanla qonşu dövlətlərin xeyli irəlidə olduğunu, cəmiyyətlərin məsələyə daha liberal münasibət sərgilədiyini bildirib
XS
SM
MD
LG