Accessibility links

Suriyanın rəqib qüvvələri və onların ailə üzvlərinin evakuasiyası başlayıb


Suriyanın rəqib qüvvələri və onların ailə üzvlərinin Homsun Əl-Vaer rayonundan avtobuslarla evakuasiyası başlayıb.

Evakusiya bu ayın əvvəllərində Rusiyanın dəstəklədiyi razılığa əsasən həyata keçirilir.

Döyüşçülər və onların ailələri Türkiyə ilə sərhəd Carablus şəhərinə daşınır. Bu şəhər rəqib qüvvələrin nəzarətindədir.

Rəsmilərin bildirdiyinə görə, daşınma bir neçə həftə sürəcək.

Homsu minlərlə mülki əhalinin tərk edəcəyi gözlənilir. Belə ki, onların Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmə riski var.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun təxminlərinə görə, 2 500-ü döyüşçü olmaqla, 12 min adam razılığa əsasən şəhəri tərk edəcək.

Homsun Əl-Vaer rayonunun əhalisi 75 000 təşkil edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG