Accessibility links

Əsəd qüvvələri Homsda mülki vətəndaşları qətlə yetirir (Yenilənib)

  • Amerikanın səsi

Əsəd qüvvələri Homsda mülki vətəndaşları qətlə yetirir (Yenilənib)

Əsəd qüvvələri Homsda mülki vətəndaşları qətlə yetirir (Yenilənib)

Rusiyanın qərbi Suriyanın daxili işlərinə qarışmamağa çağırdığı bir vaxt prezident Bəşar Əl-Əsədin 11 il sürən avtokratik hakimiyyətinə qarşı aylardır keçirilən nümayişlərə səhnə olan Homs şəhərində hökumət qüvvələri mülki vətəndaşları qətlə yetirməkdə davam edir.

Baş gərargahı Briyaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri bu gün şəhərin Baba Əmr məhəlləsinin atəşə tutulması nəticəsində 20-dən çox binanın zədələndiyini bildirmişlər. Bu hadisənin Homs şəhərinə edilən bomba hücumlarından bir gün sonra baş verdiyi bildirilir. Fəallar Homsa edilən hücumlar zamanı yüzlərlə insanın öldüyünü deyirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriyadakı böhranı sülh yolu ilə yalnız suriyalıların özləri aradan qaldırmalıdırlar. O, beynəlxalq ictimaiyyətin qabaqcadan bu danışıqları müəyyən etməsini qəbuledilməz adlandırıb.

Dünən Lavrovla görüşdə Prezident Əsəd deyib ki, o, vitse prezident Faruk əl-Şəraanın müxalifətlə danışıqlara rəhbərlik etməsini istəyir.

Suriyadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu gün Vaşinqtona gəlir. Vaşinqtonda o, ABŞ dövlət katibi Hillari Klintonla görüşəcək.




XS
SM
MD
LG