Accessibility links

Homs şəhərində hökumətpərəst qüvvələr beş adam öldürüblər


Homs şəhərində hökumətpərəst qüvvələr beş adam öldürüblər
Homs şəhərində hökumətpərəst qüvvələr beş adam öldürüblər

Suriyalı hüquq müdafiəçiləri deyirlər ki, Homs şəhərində hökumətpərəst silahlı dəstələr beş adamı öldürmüş, doqquz adamı yaralamışlar.

Dünən Qatar əmiri Şeyx Həmad bin Xəlifə əl Tani Suriyaya ərəb qoşunlarının göndərilməsinə çağırıb.

ABŞ-a məxsus CBS telekanlında müsahibə verən bin Xəlifə bu cür bəyanat verən ilk ərəb dövlət başçısıdır.

Ərəb Liqasının Suriyadakı monitorlar qrupuna rəbərlik edən Sudan səfiri Cəfər Kudayba növbəti şənbə günü liqanın iclasında hərbi qüvvə ideyasını nəzərdən keçirəcəyini bildirib.

Ərəb Liqasnın sabiq rəhbəri Əmr Musa deyib ki, 22 üzvlük blok Suriyaya müşahidəçilər əvəzinə mülki vətəndaşları hərbi qüvvələrdən ayıracaq əsgərlər göndərməyi təklif edib.

XS
SM
MD
LG