Accessibility links

Homs şəhərində hücumlar artırılıb


BMT-nin Suriya üzrə müşahidəçi komandasının rəhbəri hökumətdən Homs şəhərinin sakinlərinin evakusiya edilməsini tələb edib. Suriya müxalifətinin bildirdiyinə görə, hökumət qüvvələri Homs şəhərində hücumları artırıb. Bu gün şəhərdə 11 adam öldürülüb. Homs bir ildən artıqdır ki, döyüşlərin episentrinə çevrilib. Burada minlərlə insan hücumların qurbanı olub. Fəalların çəkdiyi videolar qızğın döyüşləri nümayiş etdirir. Dünənki döyüşlərdə 50-dən artıq insan həlak olmuşdu.

Suriya hökuməti zorakılıqlara görə “terrorçuları”günahlandırır. Zorakılıqların eskalasiyası BMT-ni sülhümühafizə missiyasını dayandırmaq məcburiyyəti qarşısında qoyub.

BMT-nin Suriyadakı missiyasının başçısı general Robert Mood deyib ki, son 10 gün ərzində zorakılıqarın artmasına görə müşahidəçilər keşik çəkmək və başqa fəaliyyətlərdə iştirak etməyəcək. Robert Mood missiyanın əməliyyatları münasib şərait yarandıqda bərpa edəcəyini bildirib.

XS
SM
MD
LG