Accessibility links

Homs şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 20 adam öldürülüb

  • Amerikanın səsi

Homs şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 20 adam öldürülüb

Homs şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 20 adam öldürülüb

Suriya fəallarının bildirdiyinə görə, bu gün Homs şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 20 adam öldürülüb. Bu gün artıq 50 müşahidəçidən ibarət ilk komanda Suriyaya gedib.Ərəb Liqasının 150 müşahidəçidən ibarət müşahidəçi qrupunun Suriyaya göndərilməsi barədə plana əsasən müşahidəçilər Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakıqları dayandırmasını təminat altına almalıdır.

Suriyanın xaricdəki müxalif Milli Şurasının rəhbəri Bürhan Qaliun dünən yayımlanan video-müraciəti zamanı Ərəb Liqasından hökumət qüvvələrinin insanlara divan tutduğu Homs şəhərinə müşahidəçi missiyası göndərməsini tələb edib.

BMT bildirir ki, mart ayından bəri Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 5000-ə yaxın insan öldürülüb.

XS
SM
MD
LG