Accessibility links

Suriyanın mərkəzi Homs şəhərində maşına yerləşdirilmiş bomba partlayışı 16 nəfərin ölümünə səbəb olub. Dövlət mediası və monitoriq qrupunun məlumatına görə, çoxsaylı insan yaralanıb.

SANA xəbər agentliyi bildirib ki, hücum zamanı 100-dən artıq insan xəsarət alıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu isə yaralananların sayını onlarla ölçür.

Qrup ordu polkovniki, polis işçisi və qadınların ölənlər arasında olduğunu xəbər verir.

Homsun valisi Talala Bərazzi isə ölənlərin əksəriyyətinin qadın və uşaq olduğunu deyib. O, hücum zamanı xəsarət alan 15 adamın xəstəxanaya çatdırıldığını bildirib.

XS
SM
MD
LG