Accessibility links

Homsda partlayış baş verib, insanlar evakuasiya olunur


Suriyanın Homs şəhərində iki bomba partlayışı 32 nəfərin ölümü, 100-dən artıq insanın yaralanmasına səbəb olub. Əl-Zəhra bölgəsində maşında bomba partlayışı insanların hadisə yerinə toplaşdığı vaxt intiharçının özünü partlatması ilə müşayiət edilib.

Hadisə BMT-nin vasitəçiliyi ilə atəşkəs əldə edilməsindən sonra ikinci ciddi hücum hesab edilir. Atəşkəs hökumətin üsyançıların nəzarətində olan şəhərin bəzi bölgələrini geri almasına şərait yaratmışdı.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Ğlənlərin sayı dəqiq deyil. Belə ki, Suriya mediası 19, Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə 32 adam həlak olub.

Bu arada sentyabr ayında BMT-nin vasitəçiliyi ilə hökümət və qiyamçılar arasında əldə olunan razılığa əsasən Suriyanın digər 3 şəhərində evakuasiya prosesi başlayıb.

Monitorinq qrupunun bildirdiyinə görə, üsyançıların Suriyanın Livanla sərhədindəki son istehkamı Zabadanidən 100 döyüşçü Livan və Türkiyəyə yola düşüb. Daha sonra isə onlar Suriyanın digər yerlərinə dönəcəklər. 300-dən çox mülki vətəndaş və döyüşçü isə Foua və Kfarya kəndlərini tərk edib.

Suriyada sülhə aparan yol

BMT Təhlükəsizli Şurası dekabrın 18-də yekdilliklə Suriyada sülhü bərpa edəcək beynəlxalq səylərə dair qətnamə qəbul edib.

Şənbə günü BMT-nin Suriya vasitəçisi Staffan de Mistura yanvar ayının 25-də Cenevrədə sülh danıışıqları keçirməyi hədəflədiyini bildirib. O deyib ki, bu danışıqlarda Suriya müxalifəti və digərləri iştirak edəcək və danışıqlar zamanı bütün tərəflərin tam şəkildə əməkdaşlıq etməsi tələb olunacaq.

De Misturanın bəyanatında həmçinin bildirilir ki, ölkədə baş verən hadisələr sülh danışıqlarına mənfi təsir göstərməməlidir.

Cenevrədə daha öncə BMT-nin vasitəçiliyi ilə prezident Bəşər Əl-Əsəd höküməti və 2011- ci ildən bəri onu devirməyə çalışan üsyançılar arasında iki dəfə sülh danışıqları baş tutub.

Bu danışıqlar nəticəsində heç bir irəliləyişlər əldə olunmayıb. Sülh razılığına dair istək isə İslam Dövləti yaraqlılarının Suriyanın şərqində bəzi hissələri ələ keçirməsi nəticəsində münaqişənin daha çətin bir hal alması səbəbilə azalıb. Lakin son aylarda sülhün əldə olunması üçün təzyiqlər yenidən artıb. Müharibə edən tərəflərin danışıqlar aparmağa təzyiq göstərən dünya qüdrətlərinin iştirkak etdiyi bir sıra beynəlxalq görüşlər baş tutub.

ABŞ dövlət katibi Con Kerri kimi diplomatlar İslam Dövləti döyüşçülərinin məğlub edilməsin və regiona sabitlik gətirilməsi üçün vətəndaş müharibəsinin bitməsini ən mühüb addım hesab edir.

2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri 250 mindən çox insan həlak olub, 4 milyondan çox insan isə ölkədən qaçmaq məcburiyyətində qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG