Accessibility links

Suriyanın insan hüquqları müdafiəçiləri və şəhər sakinlərinin bildirdiyinə görə, hökumət qüvvələrinin Homs şəhərində hücumu nəticəsində iki nəfər öldürülüb. Dəraa vilayətinin İnxil şəhərində isə 9 adam həlak olub.
Zorakılıqlar Homs evakuasiyasına mane olub. Daha əvvəl Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Suriya rəsmiləri və müxalifətin Homs şəhərindən yaralıların çıxarılması üçün müvəqqəti atəşkəsə razılıq verdiklərini bildirmişdi.

Müxalifət fəallarının bildirdiyinə görə, hazırda şəhərdə 1000-nə yaxın ailə qalır. Suriya hökuməti üsyançıları insanlardan qalxan kimi istifadə etməkdə günahlandırır.

Evakuasiya tələbi ilə hökumətə müşahidəçi missiyasının rəhbəri Robert Mud müraciət edib. Ö, döyüş zonalarından qadın, uşaq və yaralıların evakusiyasını istəyib.

Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupu Homsda onlarla yaralı olduğunu bildirir.
XS
SM
MD
LG