Accessibility links

Şəhər artıq bir ildir humanitar yardımlara bağlı idi

BMT Suriyanın mülki əhalinin Homs şəhərinin bəzi bölgələrini tərk etməsi barədə razılığını alqışlayıb.

Təşkilatın sözçüsü bildirib ki, Fövqəladə Hallar Koordinatoru Valeri Amos şəhərə yardıç işçilərinin buraxılmasını alqışlayıb.

BMT və onun humanitar yardım tərəfdaşları ərzaq, dərman və digər təcili ləvazımatı yaxın ərazilərə daşıyıb. Onlar yardımların çatdırılmasına imkan yaradılmasını gözləyir.
B
MT sözçüsü Suriyanın dövlət mediasının hökumətlə BMT-nin yardımlarla bağlı razılıq əldə etdiyinə dair xəbəri təsdiq edə bilməyib. Lakin o bildirib ki, razılıqla bağlı danışıqlar aparılırdı.

Homs şəhəri artıq bir ildir ki, humanitar yardımlara bağlıdır.
XS
SM
MD
LG