Accessibility links

Honq Konqda on minlərlə insan etiraz aksiyası keçirib


Bu gün Honq Konqda on minlərlə insan keçən həftə 8 Honq Konq turistinin ölümü ilə nəticələnən xilas əməliyyatlarına etiraz ediblər

Bu gün Honq Konqda on minlərlə insan keçən həftə 8 Honq Konqlu turistin ölümü ilə nəticələnən xilas əməliyyaatlarına etiraz olaraq aksiya keçirib. Ölənlər sabiq Filippin polis zabiti tərəfindən qarşısı kəsilən avtobusda olub. 12 saat sürən qarşıdurmadan sonra polis avtobusu girov götürən şəxsi öldürmüşdü. Lakin polis onun atəş açmasından əvvəl lazımi ölçülərə əl atmamışdı. Ağ və qara geyən nümayişçilər Filippin hökumətini polisin uğursuz əməliyyatının araşdırılmasına çağırıb. Filippin prezidenti Benigno Aquino üzr istəmiş və hadisə ilə bağlı təhqiqat aparıldığını bildirmişdir.

XS
SM
MD
LG