Accessibility links

Saxlanılanlar arasında müxalif qanunvericilərilər və tələbə etirazçılar var

Cümə axşamı Honq Konq polisi demokratiya uğrunda nümayişlərin keçirildiyi əsas ərazini tərk etməkdən imtina edən etirazçıları həbs edib.

Onlarla insan polisin hökümət gərargahı yaxınlığında yerləşən Admiralty etiraz boşaltmaq əmrlərinə qarşı çıxıblar. Etirazçılar artıq 75 gündür orada toplaşırlar.

Bir neçə saat davam edən xəbərdarlıqdan sonra polis etirazçıları həbs etməyə başlayıb.

Saxlanılanlar arasında müxalif qanunvericilərilər və tələbə etirazçılar olub. Saxlanılan insanların sayı barədə məlumat yoxdur.

Məhkəmə icraçıları Ali Məhkəmə qərarını tətbiq edirlər. Bu qərar rəsmilərə Admiralty-də yolları boşaldıb nəqliyyatı bərpa etməyə icazə verir. Bənzər bir qanun daha kiçik Causeway Bay ərazisi üçün də gözlənilir.

Bəzi etirazçılar ağlayaraq, “Biz geri dönəcəyik” şüarlı plakatları qaldırıb.

“Occupy” adlanan etiraz hərəkatı on minlərlə etirazçı cəlb edib. Bu nümayişlər Honq Konqun Pekin hakimiyyətinə misli görülməmiş etiraz nümayişi olub.

XS
SM
MD
LG