Accessibility links

Dünyada Amerika ingiliscəsinə üstünlük verilməyə başlayıb [Video]


156 il Britaniyanın müstəmləkəsi olmuş Honq-Konq 1997-ci ildə Çinin nəzarətinə keçdi. Honq-Konqda hazırda da ingilis dilinin populyar olmasına baxmayaraq, son zamanlar Amerika ingiliscəsinə üstünlük verilməyə başlayıb.

Bu uşaqlar ingilis dilini öyrənmək üçün həftəsonu məktəbinə gedir. Onlar sözləri Amerikada olduğu kimi tələffüz etməyə çalışırlar. Viktor Çanın uşaqları bu sinfə gəlir.
“Mən gələcəkdə təhsil almaq üçün uşaqlarımı Amerikaya göndərmək istəyirəm, ona görə də Amerika ingiliscəsini seçmişəm. Qərb ölkələrində iş tapmaq üçün Amerika ingiliscəsi daha münasibdir.”

Nature EQ Honq-Konqda Amerika ingiliscəsini tədris edən məktəblərdən biridir. Frank Ngi bu məktəbi 17 il bundan əvvəl açanda onun yalnız 40 şagirdi var idi. Bu gün isə məktəbdə 350 şagird var.

“Amerika ingiliscəsində səslər çox aydın tələffüz edildiyi üçün onu tədris etmək və öyrənmək asandır.” - deyə, Frank Ngi bildirir.

Lakin uşaqları qayğılandıran bu amil deyil. Sam Yu adlı bu şagird Amerika ingiliscəsinin daha vacib olduğunu və Britaniya ingiliscəsini üstələyəcəyini, buna görə də bu dili öyrənmək istədiyini deyir.

Honq-Konqun Tsunq Kvan O bölgəsindəki “Amerika İngiliscəsi Seminarı”-na bir il bundan əvvəl həftədə 20 tələbə gəlirdisə, indi 180 tələbə gəlir.

Dövlət məktəblərində hələ də Britaniya ingiliscəsi tədris edildiyi bir vaxt, özəl məktəblərdə Amerika ingiliscəsinə geniş yer verilir.

Müşahidəçilər hesab edir ki, dünya biznesində beynəlxalq dil kimi Amerika ingiliscəsinə üstünlük verilir. Filmlər, videolar, internet və kompyuter oyunları dünya boyu Amerika ifadələrinin və tələffüzünün geniş yayılmasına səbəb olub.

Honq-Konqun xarici dil müəllimləri təlabatın artmasına səbəb kimi Çindən gəlmiş varlı zümrəni göstərirlər. Lakin Honq-Konq küçələrində hələ də ənənəvi Britaniya ingilisində danışılır.

Konq-Konq sakini bu qadın hər iki ləhcəni başa düşdüyünü, lakin Britaniya ləhcəsində danışa bildiyini deyir. Bu kişi isə onun üçün Britaniya ləhcəsinin daha yaxşı olduğunu deyir.

Honq-Konqda isə daha çox gənc Amerika ingiliscəsini öyrənmək istəyir.
XS
SM
MD
LG