Accessibility links

Honq Konqda demokratiya tərəfdarı tələbə nümayişçilər opponentlərlə zorakı qarşıdurmadan sonra hökumətlə danışıqları rədd edib.

Polis qarşıdurmalara müdaxilə etməli olub. Zorakılıqlar Kommunist Partiyasının tərəfdarlarının nümayişçilərə hücum edib, plakatları cırması və çadırları dağıtması ilə baş qaldırıb.

Tələbə Federasiyası danışıqların ləğvindən başqa yolları olmadığını bildirib.

Federasiya nümayişçilər müdafiə edilməsə, danışıqlara qatılmayacaqları barədə xəbərdarlıq vermişdi.

Xəsarət alanlar barədə məlumat verilmir.

XS
SM
MD
LG