Accessibility links


Honq Konqda on minlərlə insan sabiq qəzet redaktoruna qarşı hücuma narazılıq əlaməti olaraq nümayiş keçirib. Aksiya iştirakçıları Pekinin mediaya qarşı artmaqda olan təzyiqlərini pisləyib.

Kevin Lau Çun-to çərşənbə günü maşınına minərkən naməlum bir şəxs tərəfindən ət baltası ilə hücuma məruz qalıb. Qarnı və ayağından yaralar alsa da jurnalisti xilas etmək mümükün olub.

Hücumçu və onun mindiyi motosiklet sürücüsü hadisə yerindən qaçmağa nail olub.

Polis hücumun motivlərinə aydınlıq gətirməyib.

Lau “Minq Pao” qəzetinin baş redaktoru olub. Aradırmaçı məlumatları ilə tanınan qəzetin baş redaktoru bu yaxınlarda işindən kənarlaşdırılıb. Onun yerinə isə Pekinə yaxın olan bir jurnalist təyin edilib.
XS
SM
MD
LG