Accessibility links

Senzura Honq Konqda təşviş doğurur [Təhlil]


Əldə olunan yeni hesabata əsasən Honq Konq polisi son dörd ayda keçmiş illərlə müqayisədə daha çox internetdə yayımlanan yazılara müdaxilə edir.

Hesabat və icra hakimiyyətinin üzvlərinin mediaya verdiyi müsahibələr əsasında şəhərdə ifadə azadlığı Çin hökuməti tərəfindən getdikcə eroziyaya məruz qaldığı müşahidə edilir. Bu, şəhərdəki demokratiya fəallarını narahat edir.

Darsi Krist Honq Konq Universitetində Şəffaf Hesabat üzrə araşdırmaçıdır.

Şübhəsiz, nəsə baş verir. Dediyim kimi, bu, əsasən yazıları yığışdırmaqla əlaqəlidir.

“Şübhəsiz, nəsə baş verir. Dediyim kimi, bu, əsasən yazıları yığışdırmaqla əlaqəlidir. Bu, etiraz aksiyalarından sonra üzərində durulacaq ciddi məsələdir."

Oktyabr ayından bəri Honq Konq polisi internet səhfələrində yazıların qaldırılması və ya silinməsi ilə bağlı 101 əməliyyat keçirib. Keçən ilin ilk doqquz ayında 29 və ondan əvvəlki üç ildə toplam 65 yazıların qaldırılması üçün polis müraciəti qeydə alınıb. Keçən il polis həmçinin 4000 internet istifadəçilərinin email və IP ünvanları kimi məlumatları tələb edib.

Millət vəkili və sahibkar Çarls Mok polis tələblərini güclü nəzarət adlandırıb.

“Mənim narahatlığım ondadır ki, polis öz qüvvəsindən istifadə edərək həddini aşır və sosial media səhifələrində yazıların qaldırılmasını tələb edir.”

Honq Konqlu etirazçılar əsas Çin ərazisindən gəlmiş müsafirlərə münasibətlərini bildirir. 15 fevral, 2015.
Honq Konqlu etirazçılar əsas Çin ərazisindən gəlmiş müsafirlərə münasibətlərini bildirir. 15 fevral, 2015.

Şəhər icra hakimiyyəti hər həftə media təşkilatlarına vaxt və gün bildirməklə müsahibə vermək üçün vaxt ayırmalıdır. İcra hakimiyyətinin üzvü və millət vəkili Regina İp deyir ki, ona mətbuata müsahibə verməyə heç bir qanun əngəl törətmir.

“Mənim hər gün icra hakimiyyətinə jurnalistlər tərəfindən yönəldilən bütün sualları cavablandırmağım imkansızdır. Mən icra hakimiyyətindən heç bir problemlə, sorğu və ya təzyiqlə qarşılaşmamışam. Düşünürəm ki, belə arqumentlərə fikir verməyə həqiqətən də lüzum yoxdur."

Çinin Xalq Partiyası tərəfdarı olan İP deyir ki, fəallar Honq Konqda rastlanmayan ifadə azadlığına qarşı məhdudiyyətlərdən narahatdırlar.

Mənim narahatlığım ondadır ki, polis öz qüvvəsindən istifadə edərək həddini aşır və sosial media səhifələrində yazıların qaldırılmasını tələb edir.

“Düşünürəm ki, bu, deyilənlərə ifrat fikir verməklə əlaqəlidir. Honq Konq azad və açıq cəmiyyət olaraq qalır və bizdə ifadə azadlığına böyük ölçüdə riayət edilir. Biz bilirik ki, Qərbdə insanların mütləq ifadə azadlığı yoxdur."

İnternet məkanında yazıların Honq Konq polisi tərəfindən qaldırılması və mediaya müsahibə vermək haqda yeni qanun üç ay davam edən etiraz aksiyalarından sonra tətbiq olunmağa başlayıb.

Etirazçılar şəhər rəhbərliyinin xalq tərəfindən seçilməsi ilə bağlı kampanyalarına davam edəcəklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG