Accessibility links

Honq Konqda nümayişçilər hökumət binalarını zəbt edəcəkləri ilə hədələyib [Fotoqalereya]


Honq Konqun baş idarəçisi demokratiya tələb edən nümayişçilərin istefa tələbini yerinə yetirməkdən boyun qaçırıb.

Leunq Çun-yinq cümə axşamı ona verilən möhlət başa çatmazdan pncə bu haqda bəyanat verib. Amma o deyib ki, tələbə etirazçılarla görüşmək üçün şəxsi nümayəndəsini küçələrə göndərir,

Leunq deyir ki, tələbələr ona möhlət başa çatmazdan bir neçə saat öncə məktub göndərərək görüş istəyiblər.

Honq Konqda nümayişçilər icra hökuməti başçısının istefaya getmədiyi təqdirdə bir neçə hökumət binasını zəbt edəcəklərini bildiriblər.

Etirazçı tələbələr Leunq Çun- yinqə gecə yarısına qədər vaxt verərək, onun ofisinin önündə toplaşmağa başlayıblar.

Hökumət binalarının nümayişçilər tərəfindən zəbt edilməsi gərginliyin artasına səbəb ola bilər. On minlərlə etirazçı keçən cümə günündən bəri bir neçə əsas küçəni nəzarətə alib.

Polis etirazçlılara hökumət binalarını zəbt etdikləri təqdirdə həbs ediləcəkləri ilə hədələyib.

Cənab Çun-yinq etirazçıların tələblərini rədd edib və istefa verməyəcəyini bildirib. Pekinin 2017-ci ildə universal seçki hüququna icazə verməməsi nümayişçilərin hiddətinə səbəb olub.

XS
SM
MD
LG