Honq Konq hökuməti nümayişləri sakitləşdirmək üçün tələbələrlə nəzərdə tutulmuş danışıqları təxirə salıb.
Baş katib Karri Lam bildirib ki, nümayişçilərin aksiyaların genişləndirilməsi çağırışları hökumətin inamını sarsıldıb. Danışıqlar cümə günü üçün nəzərdə tutulmuşdu.
Cümə axşamı mətbuat konfransında tələbə liderləri iki həftədir şəhərin əsas hisslələrini zəbt edən tələbələrin küçələri tərk etməyəcəyini bildirib.
Mərkəzi İşğal Et və Tələbə Federasiyası qruplarının liderləri tələblərinin yerinə yetirilmədiyi halda daha çox ərazini zəbt və məktəbləri boykot edəcəkləri ilə hədələyib.
Nümayişçilər Honq Konqun icra başçısı Leunq Çun-yinqin istefa verməsini və Pekinin 2017-ci il seçkilərində namizədlərə nəzarət qərarını ləğv etməsini tələb edir.