Accessibility links

İnsan haqları qrupları Honq Konqda bir neçə polis işçisinin silahsız və qolları bağlı nümayişçiləri döyərkən çəkilmiş video görüntülərə münasibət bildirərək, baş verənləri özbaşınalıq adlandırıb.

Hadisə polisin hökumət binaları yaxınlığında küçələri nümayişçilərin barrikadalarından təmizlədiyi vaxt baş verib.

Yüzlərlə polis bibər qazı və dəyənəklərdən istifadə edərək, etirazçıları qovmağa çalışarkən toqquşma baş verib.

Polisin yaydığı bəyanatda 45 nəfərin saxlandığı və dörd polis işçisinin xəsarət aldığı bildirilir.

Polis bibər və gözyaşardıcı qazdan istifadə edərək demokratik islahatlar tələbi ilə etiraz edən nümayişçiləri dağıtmaq cəhdi baş tutmadığı üçün güc tətbiq edib. Əməliyyat sentyabr ayının sonundan başlayan nümayişlər zamanı baş vermiş ən ağır qarşıdurma kimi qiymətlənidirilir.

Polis və ərazidə ticarət obyektlərinə malik olan sahibkarlar getdikcə nümayişçilərə qarşı daha az təmkin göstərməyə başlayıb.

Çoxu universitet tələbələri olmaqla nümayişçilər şəhərin icra hakiminin istefaya getməsini və Çin hökumətinin Honq Konqda keçirilən seçkilərə müdaxilə etməməsini tələb edir.

XS
SM
MD
LG