Accessibility links

Honq Konq nümayişçilərinin liderləri ilə danışıqlar baş tuta bilər


Honq Konq lideri üç həftədir davam edən demokratiya uğrunda aksiyaların liderleri ilə danışıqları bərpa etməyə hazır olduğunu bidirib.

Çərşənbə axşamı keçirilən mətbuat konfransında icra hakimiyyətinin başçısı Leung Chun-yin bildirib ki, vasitəçilərin iştirakı ilə danışıqların təşkilinə dair işlər aparılır və danışıqlar gələn həftə baş tuta bilər.

Honq Konq höküməti bu ayın əvvəli danışıqlara getməyə razı olsa da, tələbə liderlərinin nümayişləri genişləndirməyə qərar verməsindən sonra geri çəkilib. Hökümət aksiyaları qeyri-qanuni hesab edir.

Cümə axşamı Honq Konq polisi hökümət qərargahının yerləşdiyi küçəni bağlayan etirazçıları bibər qazı ilə dağıldıb.

Polisin verdiyi məlumata görə, bir gün öncə polisin silahsız bir etirazçını döydüyü video yayıldıqdan sonra baş verən qısa qarşıdurmada üç polis məmuru yaralanıb.

XS
SM
MD
LG