Accessibility links

Honq Konqda Çin hökuməti əleyhinə yürüş keçirilib


Honq Konqda Çin hökuməti əleyhinə yürüş keçirilib
Honq Konqda Çin hökuməti əleyhinə yürüş keçirilib

Honq Konqda yüzlərlə adam yürüş keçirərək Çin hökumətindən bu həftə Nobel sülh mükafatı alacaq Liu Şiaobonu azad buraxmağı tələb ediblər. Polis qüvvələrinin müşayiəti ilə 400-ə yaxın nümayişçi Çinin adadakı nümayəndəliyinə tərəf addımlayıblar. Onlar əllərində Şiaobonun azadlığına çağıran plakatlar tutmuş və Çin hökumətini pisləyən şüarlar hayqırmışlar. Yürüş iştirakçıları həmçinin Çin hökumətini Liunun həyat yoldaşı Liu Şianı ev dustağı etdiyinə görə və təqdimat mərasimində iştiraklarının qarşısını almaq üçün dissidentlərə və hüquq müdafiəçilərinə ölkəni tərk etməyə qadağa qoyduqlarına görə tənqid ediblər. Nobel mükafatının təqdimatı cümə günü Norvec paytaxtı Osloda keçiriləcək. Liu ölkədə siyasi islahatlara və azadlıqlara çağıran “Xartiya-08” adlı sənədin həmmüəllifidir. O, ötən il 11 illik həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG