Accessibility links

"Böyük Ümid" sərgisi [Video]


Mübarizə və ümidsizlikdən çox vaxt ümid doğur. Merelend ştatının Baltimor şəhərindəki sərgi buna nümunə ola bilər. “Böyük Ümid” adlanan bu sərgidə böyük itki və əzablara məruz qalan insanlar da daxil olmaqla, 25 sənətkarın əsəri nümayiş etdirilir.

Düzəltdiyi bu mozaikalı pəncərə şüşələri həyat yoldaşını xərçəng xəstəliyi səbəbindən itirən Den Patrelin kədərinin azalmasına yardım edib. “Daşları düzməkdə mənə qızım da kömək etdi. Həyat yoldaşımın da ruhunun burada təmsil olunması üçün mən onun külünü palçığa qatdım.”

Qorxu və ümid adlı parça qırıqlarından əsərləri isə döz xərçəngi xəstəliyindən sonra sağ qalan sənətkar qadın hazırlayıb.

Muzeyin direktoru Rebeka Hofberger deyir ki, buradakı sənətkarlardan həyat dərsi almaq olar. "Bir insan kimi biz öz yaradıcılığımızdan istifadə edə bilərik və elə bir şey yarada bilərik ki, bu həyatımızı daha da zənginləşdirər.”

“Amerika Visionary Art” muzeyində yalnız Marqaret Monz-Laş kimi həvəskar sənətçilərin əsərləri nümayiş etdirilir. O, qızının rəngli qələmlə boya-başa çatması ümidi ilə şəkdiyi əsəri ilə birlikdə sərgiyə iki işini gətirib. “Mən onun bədən hissəsini barama qurdlarından düzəltdim. Yəni onlar açılaraq kəpənəyə çevrilir, başına və saçlarına qonur.“

Üzərində qadın fiquru olan tumurcuqlardan hazırlanmış qəfəsdəki quşlar isə ümid toxumları rəmzidir. Haitidə Vudu təriqətinə sitayiş edən Nensi Cozefson bu əsərində quşları qoruyan qüvvəni nümayiş etdirmək istəyib. “Bu kiçik quşların toxumlar kimi təhlükəsiz şəraitdə böyüməsi və hərəkət etməsi üçün imkan olmalıdır.”

Bu sənət əsərində isə rezervasiyalarda yaşayan Amerika hindlilərinin kazino biznesinə görə zəngin olduğu haqda fikrə meydan oxunur. Amerikalı hindli qarışığı olan Qreq Norton özünün isteza və yumorlu əsərlərində qumarın da yalan ümid vəd etdiyini deyir.

Həyatın gözəl, yaxşı və ya pis tərəflərini nümayiş etdirən əsərlərdən ibarət “Böyük Ümid” sərgisi sonunda həqiqətən də ümid vəd edir.

XS
SM
MD
LG