Accessibility links

Birləşmiş Ərəb Əmirliklərində yeni neft ixrac kəməri işə salınıb


Birləşmiş Ərəb Əmirliklərində Hörmüz körfəzindən yan keçən yeni neft ixrac kəməri işə salınıb.

Uzunluğu 380 kilometr olan kəmərin ilə salınması OPEK üzvlərinə İranın strateji su yolunu bağlamağa dair təhdidlərindən qarantiya təmin edir.

Yeni neft kəməri Birləşmiş Ərəb Əmirliklərinin qərbində yerləşən səhralıq ərazilərdəki neft yataqlarından nefti ölkənin şərq sahilindəki Şuceyra limanına çatdırır. Gündə 1,5 milyon barrel neft nəql edəcək kəmər Birləşmiş Ərəb Əmirliklərinə Sakit okeanına birbaşa çıxış imkanı yaradır.

Dünya neftinin beşdə bir hissəsi Hörmüz körfəzi vasitəsilə nəql edilir. İran mübahisəli nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyalara cavab olaraq dəfələrlə Hörmüz körfəzini bağlayacağı ilə hədələmişdir.
XS
SM
MD
LG