Accessibility links

Amerika tarixində ən məşhur rok qruplarından biri olan Eagles musiqi qrupunun yaradıcısı, musiqiçi və bəstəkar Qlenn Frey 67 yaşında vəfat edib.

Qrupun açıqladığı bəyanatda deyilir ki, Frey bazar ertəsi revmatoloji artrit, kəskin mədə xorası və sətəlcəm xəstəliklərinin ağırlaşması nəticəsində Nyu-York şəhərində vəfat edib.

Frey Eagles qrupunu Don Henli ilə birlikdə 1970-ci ildə yaradıb. Qrupun ən məşhur mahnıları və “Otel Kaiforniya” kimi albomları Amerikada bütün dövrlərdə ən çox satılan albomlar sırasındadır.

Eagles qrupu 1980-ci ildə dağılır və Frey solo karyerasında yeni uğurlar qazanır.

1994-cü ildə qrupun üzvləri yenidən bir araya gəlir və dünyada ən unudulmaz konsertlərdən birini verir.

Associated Press xəbər agentliyi yazır ki, illərdir Frey, Henli, Coe Valş və Timoti B. Şmitdən ibarət olan Eagles ötən ay Vaşinqtonda, Kennedi Mərkəzində ifa etmək şərəfinə layiq görülüb. Lakin Freyin xəstəliyi səbəbindən tədbir təxirə salınıb.

Eagles 1998-ci ildə Rok n` Rol şöhrət zalında şərəfə layiq görülüb.

XS
SM
MD
LG