Accessibility links

ABŞ Hərbi Dəniz Donanmasının ilk qadın admiralı


Birləşmiş Ştatlar Hərbi Dəniz Donanmasının 236 illik tarixində ilk dəfə olaraq qadına yüksək rütbə verilib. Dörd ulduzlu admiral rütbəsini alan Mişel Hovard yeni, Hərbi Dəniz Əməliyyatları üzrə vitse-prezident vəzifəsinə başladı.

Dörd ulduzlu rütbə Mişel Hovarda Arlinqton Milli Qəbiristanlığında keçirilən mərasimdə təqdim edildi. Mərasimdə onun ailə üzvləri və dostları da iştirak edirdi. “İnana bilməzsiniz, mən 4 ulduzlu paqon sifariş verən ilk qadın idim. İndiyə qədər qadın üçün paqon olmamışdı. Bu, Birləşmiş Ştatların Hərbi Dəniz Donanması tarixində ilk dəfə baş verirdi.”

Hərbi Dəniz Donanmasının baş katibi Rey Mabos: “Donanma ən yaxşı zabitini seçib. Bu, bu gün baş verir.”

1982-ci ildə ABŞ Dərbi Dəniz Donanması Akademiyasını bitirdikdən bəri Novard böyük nailiyyətlər əldə edib. O, ilk Afrikalı mənşəli amerikalı qadın idi ki, donanmanın üç ulduzana layiq görülmüşdü. O, eləcə də, hərbi gəminin komandiri olan ilk qaradərili qadin idi.

Hərbi Dəniz Donanmasının Əməliyyatlar üzrə başçısı Conatan Qrinert yüksək rütbənin əlavə məsuliyyətlər tələb etdiyini deyir. “O, qadınlara nümunə olmalıdır və o, bunu layiqincə yerinə yetirməyə hazırdır. Mən çox şadam və düşünürəm ki, donanmaya daha çox qadın lazımdır.

2001-ci il 11 sentyabr terror hücumları zamanı Mişel Hovard Pentaqonda idi. 2009-cu ildə isə o, Somali dəniz quldurlarının oğurladığı ABŞ bayrağı altında, Riçard Filipsin kapitanı olduğu “Mayersk Alabama” gəmisinin azad edilməsi əməliyyatında iştirak etmişdi.

Son zamanlar orduya gedən Amerika qadınları çox maneələri aşıb və nə vaxtsa onlar üçün əlçatmaz olan vəzifələrə yiyələnə bilib. Mişel Hovard deyir ki, onun belə bir vəzifəyə yüksəlməsi gələcəyə təşviqdir. “Mənim hazırkı rütbəm onlara donanmada aşağı rütbədən ən yüksəyinə qədər çata bilmələrinə işarədir.”

Mişel Hovard Birləşmiş Ştatlar ordusunda 4 ulduza layiq görülən üçüncü qadındır. Onlardan biri ordu, digəri isə Hərbi Hava Qüvvələrinin hərbiçisidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG