Accessibility links

Bloq:Hər 20 saniyədə peyvəndlə qarşısı alına bilinən xəstəliklərdən bir uşaq dünyasını dəyişir


Hər 20 saniyədə peyvəndlə qarşısı alına bilinən xəstəliklərdən bir uşaq dünyasını dəyişir. Hazırda dünyanın 180 ölkəsi infeksiyaların qarşısının alınması məqsədi ilə immunizasiya kampaniyasına qoşulub. Cenevrədə yerləşən GAVİ Alyansı yoxsul ölkələrdə difteriya, tetanus, qızılca, məxmərək və parotit kimi yoluxucu xəstəliklərə qarşı mübarizə kampaniyası həyata keçirir. Alyansın sözçüsü Conatan Stern bildirir ki, qurumları 2000-ci ildən etbarən dünyada 326 milyon uşağı peyvəndlə təmin edib, beləliklə 5 milyondan artıq uşaq həyatı xilas edilib. “Bizim məqsədimiz 2015-ci ilədək 250 milyon insanı peyvəndlə təmin və bu yolla 4 milyon həyatı xilas etməkdir.”

Ekspertlərin fikrincə, hazırkı immunizasiya kampaniyası ölüm və xəstəliklərlə mübarizə sahəsində unikal bir imkandır.

Doktor Peter Hotez:“Uşaqların ölümünə ən çox izhala səbəb olan və ya tənəffüs orqanları xəstəlikləri yol açır. Hər ikisi öldürücü olan bu xəstəliklərə qarşı təhlükəsiz və effektiv vaksinlərdən istifadəni genişləndirmək lazımdır.”

Doktor Hotez Sabin Vaksin İnstitutunun prezidentidir. Onun dediyinə görə, peyvəndlər çiçək və digər xəstəliklərin kökünü kəsə bilər. Lakin buna nail olmaq böyük vəsait tələb edir.“Həyatların xilasından danışarkən biz onların tamamilə aradan qaldırılmasını nəzərdə tutmuruq. Bu, əlbəttə gözəl bir nailiyyət olardı. Amma hələlik bundan çox uzağıq.”

Alimlər malyariya və vərəm vaksinlərinin yaxın gələcəkdə istifadəyə veriləcəyinə ümid bəsləyirlər. Həkimlər yeni vaksinlər, dərmanların kombinasiyası və nəzarət strategiyalarının qarşısı alına bilinən xəstəliklərlə mübarizədə misilsiz nailiyyətlərə yol açacağını düşünür.

XS
SM
MD
LG