Accessibility links

Hər il amerikada 11 min insan sərxoş sürücülərin qurbanı olur

  • Amerikanın səsi

Amerikada on illərdin sərxoş vəziyyətdə maşını idarə etmək əleyhinə kampaniyalar ölüm hallarının sayını azaltsa da, son 10-15 il ərzində bu göstəricilər dəyişməz olaraq qalır.

Hər il amerikada 11 min insan sərxoş sürücülərin qurbanı olur. Bu isə hər 50 dəqiqədə bir adam deməkdir. İçkili vəziyyətdə maşın sürmək əleyhinə olan qruplar maarifləndirmə və qanunların kifayət etmədiyini deyir.

Yeni texnologiya vəziyyəti dəyişə bilər. Hazırda maşınlara yeni cihazlar yerləşdirilir ki, onlar alkoqol hiss etdikdə maşının işə salınmasına mane olur. Digər bir cihaz isə sükana yerləşdirilir. Bu qurğu dəri vasitəsi ilə qanda alkoqolu məyyən edir. Limitdən yuxarı göstəricilər maşının işə salınmasına yol vermir.

Tədqiqatçılar yeni texnologiyanın mükəmməl hala gəlməsinin illərlə vaxt aparacağını deyir. Avtomobil istehsalçılarının anti-alkoqol cihazlarını maşınlara yerləşdirməsi adi hal olmalıdır.

XS
SM
MD
LG