Accessibility links

Şəhram Əmiri fiziki və psixoloji ingəncələrə məruz qaldığını bildirib


İranın nüvə alimi ŞəhramƏmiri onu sorğu-suala çəkən amerikalılar tərəfindən fiziki və psixoloji ingəncələrə məruz qaldığını bildirib. Bu gün Tehrana çatan alin İmam Xomeyni hava limanında hökumət rəsmiləri, oğlu və xanımı daxil edilməklə, ailə üzvləri tərəfindən qarşılanıb.

İranın nüvə alimi ŞəhramƏmiri onu sorğu-suala çəkən amerikalılar tərəfindən fiziki və psixoloji ingəncələrə məruz qaldığını bildirib. Bu gün Tehrana çatan alim İmam Xomeyni hava limanında hökumət rəsmiləri, oğlu və xanımı daxil edilməklə, ailə üzvləri tərəfindən qarşılanıb. Vaşinqtondan vətəninə yola düşməzdən əvvəl Əmiri İran hökumətinin iddialarını təkrar edərək, Səudiyyə Ərəbistanında Amerikanın kəşfiyyat agentləri tərəfindən ələ keçirildiyini bildirmişdi. Amerika rəsmiləri onun oğurlandığına dair iddiaları rədd edir. Washington Post qəzetinin yazdığına görə isə Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi İranın nüvə proqramına dair məlumat almaq üçün alimə 5 milyon dollar məbləğində pul ödəyib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG