Accessibility links

Human Rights Watch-un Avropa Və Mərkəzi Asiya şöbəsinin direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə insan hüquqları təşkilatının əməkdaşı Giorgi Qogianın insan haqları müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələrində iştirak etməyi planlaşdırdığını bildirib. O, avqust ayından nəzarətdə olan hüquq müdafiəçilərinin çoxdandır məhkəmələrini gözlədiyini deyib.

İntiqam Əliyev və Rəsul Cəfərov

İntiqam Əliyev və Rəsul Cəfərov

Reyçel Denber deyib ki, Azərbaycanın səlahiyyətli nümayəndələri Giorgi Qogianın ölkəyə buraxılmamasına izahat verməli və onun saxlanmasının səbəblərinin açıqlamalıdır.

Giorgi Qogia

Giorgi Qogia

O, Amerikanın Səsinə bildirib ki, Azərbaycan hökuməti uzun zamandır ifadə, toplaşma azadlığını pozur, insan hüquqlarının vəziyyətinə dair məlumatları gizlədir. Lakin xanım Denber son 9 ay ərzində vəziyyətin daha da kəskinləşdiyini, hökumətin təzyiqlərini radikal şəkildə artırdığını deyib.

Human Rigts Watch-un Avropa Və Mərkəzi Asiya şöbəsinin direktor müavini insan hüquqları müdafiəçilərinin respessiyalara məruz qalması və AzadlıqRadiosunun Bakı şöbəsinin bağlamasının Azərbaycan hökumətinin tənqidlərə dözümsüzlüyünü nümayiş etdirdiyini deyib.

İnsan hüquqları müdafiəçilərinin respessiyalara məruz qalması Azərbaycan hökumətinin tənqidlərə dözümsüzlüyünü nümayiş etdirir

Xanım Denber təşkilatın hələ Sovet dövründən Azərbaycanda insan hüquqlarının monitorinqini həyata keçirdiyini və Human Rights Watch-un əməkdaşının ölkəyə buraxılmaması ilə ilk dəfə üzləşildiyini bildirib.

Reyçel Denberin dediyinə görə, Azərbaycanla siyasi bə iqtisadi əməkdaşlıq qurmaq istəyən ölkələr və beynəlxalq təşkilatlar ölkədəki mövcud duruma diqqət yetirməli, insan hüquqları müdafiəçiləri və jurnalistlərin həbslərinə son qoyulmasını tələb etməlidir.

O, Azərbaycan hökumətinin əməllərinin nəticəsi ilə üzləşmədiyinə görə repressiyaları artırdığını bildirib.

XS
SM
MD
LG