Accessibility links

HRW: Avropa Olimpiya Komitəsi olimpiya hərəkatı prinsiplərinin müdafiəsinə qalxmalıdır [Video]


Human Rights Watch Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

Human Rights Watch Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

Hüquq müdafiə təşkilatı Azərbatcan hökumətini fəalları həbsdən azad etməyə çağırıb

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Oyunları öncəsi qanunsuz həbs olunanların azad edilməsinə çağırıb.

“Avropa Oyunlarına iki aydan az vaxt qalır, lakin insan hüquqları, hökuməti tənqid edənlərin təqib olunması ilə bağlı gərgin vəziyyət dəyişmir”, HRW-nin Avropa və Asiya üzrə direktoru Ceyn Byukenen bildirib.

“Avropa İttifaqı da daxil olmaqla, Azərbaycanın tərəfdaşları ölkə hakimiyyətini həbsdə olan tənqidçiləri azad etməyə, onlara təzyiqlərə son qoymağa çağırmalıdır. Avropalı liderlər açıq şəkildə bəyan etməlidirlər ki, əks halda onlar oyunlara yüksək vəzifəli nümayəndə heyətləri göndərməyəcəklər”, bəyanatda vurğulanır.

Həmçinin HRW həbsdə olan hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova haqqında videoçarxı açıqlayıb.

“Avropa Olimpiya Komitəsi olimpiya hərəkatı prinsiplərinin müdafiəsinə qalxmalı və açıq bəyan etməlidir ki, fundamental dəyərlərə məhəl qoymayan Azərbaycan hökuməti beynəlxalq idman tədbirinə ev sahibliyi edə bilməz”,sənəddə deyilir.

XS
SM
MD
LG