Accessibility links

Human Rights Watch İranı qadınların təhsil hüquqlarını məhdudlaşdırmamağa çağırır


İran universitetlərində qadınların 77 sahədə təhsil almasına məhdudiyyətlər qoyulub

ABŞ-da yerləşən beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch İranı ölkədə yeni təhsil ilinin başlandığı bir vaxt qadınların ali təhsil almasına qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Təşkilat İranda qadınlar üçün universitetlərdə tədris kurslarının məhdudlaşdırıldığını bildirib.

Təşkilatın qadın hüquqları məsələləri üzrə direktoru Liesl Gernholts İranın Mehr xəbər agentiyinə istinadən qadınların 77 sahədə təhsil almaq imkanlarının məhdudlaşdırıldığını deyib.

Amerikanın səsinə müsahibə verən Gernholts bildirib ki, bu məhdudiyyətlər belə görünür, İranda təhsil azadlığı daha geniş şəkildə pozulması hallarının bir hissəsidir.

Avqust ayında iranlı Nobel mükafatı laureatı Şirin İbadi qadınların təhsil imkanlarının məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə etmişdi. BMT-yə yazdığı məktubda Şirin İbadi yeni qaydaları İranın qadınların ictimai səhnəyə çıxmasının əleyhinə olduğunun göstəricisi kimi qiymətləndirmişdi.

Show comments

XS
SM
MD
LG