Accessibility links

Human Rights Watch: Fransa prezidenti Bakıya səfəri zamanı insan hüquqları problemini qaldırmalıdır


Human Rights Watch_logo
Human Rights Watch_logo

Reyçel Denber: Olland sədr postunda olan Azərbaycanın Avropa Şurasının dəyərlərinə sadiq olmaması ilə bağlı mövqeyini açıq bəyan edəcək

Fransa prezidenti Fransua Olland mayın 11-də Bakıya səfəri zamanı insan hüquqları problemini qaldırmalıdır.

Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.

Olland enerji və digər məsələləri müzakirə etmək üçün prezident İlham Əliyevlə görüşəcək. Onu Fransanın bir sıra şirkətlərinin nümayəndələri müşayiət edəcək.

Son iki ildə Azərbaycan hakimiyyəti hökuməti tənqid edən onlarla adamı, o cümlədən müxalifət liderlərini, jurnalistləri, sosial media fəallarını həbsə alıb, dinc nümayişləri dağıdıb.

Ölkədə əsas azadlıqları daha da məhdudlaşdıran qanun qəbul edilib.

“Ollandın səfəri Azərbaycanda mühüm hadisə olacaq, odur ki, diqqəti insan hüquqları məsələsinin üzərində cəmləşdirmək lazımdır”, - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

“Olland Azərbaycan rəhbərliyini qanunsuz həbsdə olanları azad etməyə çağırmaq fürsətini qaçırmamalıdır”, o vurğulayıb.

Təşkilat həmçinin Ollandı tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslarla görüşməyə çağırır.

Onlar aprelin 28-də Bakıdan uçuş zamanı saxlanılıb və həmkarları Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunması ilə əlaqədar 24 saat dindirilib. R.Mirqədirov aprelin 19-da Türkiyədən qanunsuz deportasiya olunduqdan sonra Bakı aeroportunda saxlanılıb.

“Fransua Olland İlham Əliyevə açıq başa salmalıdır ki, Leyla və Arif Yunusların, Rauf Mirqədirovun azadlğı həm onun, həm də Fransa-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət daşıyır”, Denber bildirib.

Yalnız ötən il Azərbaycan hakimiyyəti hökuməti tənqid edən 30 nəfər, - siyasi fəala, jurnalist, bloger, hüquq müdafiəçisinə qarşı silah saxlamaq, xuliqanlıq, hətta vətənə xəyanət kimi əsassız ittihamlar irəli sürüb.

Onların arasında tanınmış politoloq, REAL hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu da var.

Qanunsuz mühakimə edilənlərin arasında 8 nəfər demokratik düşüncəli gənc fəal var. Mayın 6-da onlar saxta ittihamlarla 6 ildən 8 ilədək azadlıqdan məhrum olunublar.

“Azərbaycan hökumətinin onu tənqid edənlərə qarşı repressiyası mayın 15-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək ölkənin insan hüquqları sahəsindəki öhdəliklərinə tamamilə ziddir.

Ümid edirik ki, Olland sədr postunda olan Azərbaycanın Avropa Şurasının dəyərlərinə sadiq olmaması ilə bağlı mövqeyini açıq bəyan edəcək”, Denber vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG