Accessibility links

Banka qarşı “çirkli pulların yuyulması” ittihamı irəli sürürülüb

Cenevrə ittihamçıları Britaniyanın nəhəng bankı olan HSBC-nin İsveçrə ofisində reyd keçirib və banka qarşı “çirkli pulların yuyulması” ittihamı ilə əlaqədar olaraq cinayət işinin açıldığını elane dib.

Cenevrə ittihamçısının yaydığı bəyanatda reydin İsveçrədəki HSBC Özəl bankının ofisində keçirildiyi bildirilib.

İttihamçılar banka qarşı “çirkli pulların yuyulması” ilə bağlı cinayət ittihamının araşdırdığını bildirib, lakin istintaqa “fərdi şəxslərin çirkli pulların yuyulmasında iştirakı” ittihamının da daxil edilə biləcəyini vurğulayıblar.

Bu ayın əvvəli bir qrup araşdırmaçı jurnalist Avropanın ən böyük bankı olan HSBC-nin İsveçrə bürosunun qlobal müştərilərə vergidən yayınmağa və milyonlarla dollar dəyərində aktivləri gizlətməyə yardım etdiyini aşkar ediblər.

Bu müştərilərin sırasına narkotik maddələr alverçiləri, silah satıcıları və tanınmış şəxslər daxildir.

XS
SM
MD
LG