Accessibility links

Hulusi Kılıc: Türkiyə-Ermənistan probleminin həlli üçün Ermənistan-Azərbaycan probleminin həlli lazımdır


Hulusi Kılıc: Türkiyə-Ermənistan probleminin həlli üçün Ermənistan-Azərbaycan probleminin həlli lazımdır
Hulusi Kılıc: Türkiyə-Ermənistan probleminin həlli üçün Ermənistan-Azərbaycan probleminin həlli lazımdır

Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı tranzit sazişi üzrə razılaşmaya sentyabrda nail olunacağı planlaşdırılır. Türkiyə ümid ediri ki, tez bir zamanda - bir-üç ay müddətində viza rejimi ləğv olunacaq.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanının iyulun 27-də Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Səfir cənab Ərdoğanın Azərbaycana səfərinin uğurlu olduğunu deyib. “Bir çox məsələlr müzakirə olunub və həllini tapıb.Türkiyə Azərbaycana çöx böyük önəm verir”

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməməsi ilə bağlı məslədən danışarkən cənab Kılıc deyib ki, “Azərbaycan viza rejimini ləğv etməyə hazır deyil və Türkiyə Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşır. Ümid edirik ki, tez bir zamanda - bir-üç ay müddətində viza rejimi ləğv olunacaq".

Səfirin dediyinə görə, Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münaqişəsi, ticarət və iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. “Bu ilin sonunadək ticarət dövriyyəsinin 3 milyard dollar çatacağı proqnozlaşdırılır”.
O bildirib, ilin sonunadək Türkiyədə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
Terrorla bağlıməsləyə toxunan cənab Kılıc deyib ki, Türkiyə prezident Əliyevin PKK terror təşkilatı ilə bağlı bəyanatını razılıqla qarşılayıb. Danışıqlarda önəmli məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olub. “Türkiyə 18 il öncə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə, bu ölkə ilə sərhədini bağlayıb. iStəyirik ki, problem həllini tapsın. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə-Ermənistan probleminin həlli üçün Ermənistan-Azərbaycan probleminin həlli lazımdır”.

Səfir Azərbaycan qazının Türkiyə ərazsindən transit qiymətləti ilə bağlı aparılan danışıqlara da toxunub. “Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı tranzit sazişi üzrə razılaşmaya cari ilin sentyabrında nail olunacağı planlaşdırılır. Hazırda danışıqlar uğurla irəli aparılır”, - səfir qeyd edib. .

Xatırladaq ki, tranzit sazişi 10 milyard kub metr Azərbaycan qazının Türkiyə vasitəsi ilə Avropaya çatdırılmasını nəzərdə tutur.

XS
SM
MD
LG