Accessibility links

Human Rights Watch “İşgəncə apxipelaqı” adlı hesabat hazırlayıb


2011-ci ilin mart ayında Bəşar Əl-Əsəd rejiminə qarşı etirazların baş qaldırmasından bəri minlərlə insanın işgəncələrə məruz qaldığına inanılır.

Human Rights Watch-un “İşgəncə apxipelaqı” adlanan hesabatı 200-dən artıq sabiq məhbus və təhlükəsizlik rəsmisi ilə keçirilən müsahibələrə əsaslanır.

Hesabatda işgəncələrin 20 ən qəddar üsulundan bəhs edilir. Bunlara dəyənəklərlə döyülmələr, elektriklə qətllər, dırnaqların çıxarılması, seksual zorakılıqlar, turşularla yandırmalar, saatlarla narahat vəziyyətdə saxlanma və süni qətl cəhdləri daxildir

Human Rights Watch Suriyada işgəncələrə sistematik şəkildə yol verilən 27 cəzaçəkmə müəssisəsi olduğunu bildirir. Hesabatda həmin həbsxanaların yerlərini nümayiş etdərn satellit xərtəsi də yer alır. Sənəddə bu məhbəslərin və komandirlərinin adları da göstərilir. Human Rights Watch-un tədqiqatçısı Ole Solvangın dediyinə görə, Suriya rəsmiləri hökumətə qarşı çıxmağa cəsarət edən hər bir kəsi işgəncə kameralarına salır.

Human Rights Watch-un hesabatında deyilir ki, işgəncə qurbanlarının yaşı 18-lə 35 arasında kişilərdir. Lakin onlar arasında qadınlar, ahıllar və uşaqlar da var. 13 yaşlı Hüssəm adlı oğlan 2011-ci ildə Tal Kalax şəhərinin həbsxanasında saxlandığını bildirib. O, dırnaqlarının çıxarıldığını və elektroşoka məruz qaldığını deyib.

Qurbanlar arasında nümayişlər zamanı yaralananlara yardım edən diş həkimi də var. O, fevral atında CNN xəbər agentliyinə saxlandığı 45 gün ərzində tualet suyunda boğulmalara və elektrik şokuna məruz qaldığını deyib. Həkimin saxlandığı kamera 60 nəfər üçün nəzərdə tutulsa da, orada 130 məhbus saxlanılırdı.

Rejimin öz xalqına qarşı vəhşi əməlləri dəhşət doğurur. Bu əməllərin arxasında duranlar hesab verəcək. Beynəlxalq nümayəndə Kofi Annan Suriyada zorakılıqlara, Əsəd rejiminin tiranlığına son qoyulması planını hazırlayıb.

ABŞ Suriya xalqının azad seçki haqqı , fundamental hüquqlar və qanunun aliliyinə ehtiram göstərilməsi inanımdan dönməyəcək.
XS
SM
MD
LG