Accessibility links

Human Rights Watch: Azərbaycan hökuməti mülkiyyət hüquqları ilə bağlı qanunlara və öhdəliklərə əməl etməlidir


Human Rights Watch: Azərbaycan hökuməti mülkiyyət hüquqları ilə bağlı qanunlara və öhdəliklərə əməl etməlidir

Human Rights Watch: Azərbaycan hökuməti mülkiyyət hüquqları ilə bağlı qanunlara və öhdəliklərə əməl etməlidir

Təşkilat “Hər şeyimi əlimdən aldılar: Azərbaycan paytaxtında məcburi köçürülmələr, mülklərin qanunsyz özgəninkiləşdirilməsi və sökülməsi” adlı yeni hesabatını təqdim edəcək.

Human Rights Watch təşkilatı fevralın 29-da “Hər şeyimi əlimdən aldılar: Azərbaycan paytaxtında məcburi köçürülmələr, mülklərin qeyri-qanuni özgəninkiləşdirilməsi və sökülməsi” adlı yeni hesabatını təqdim edəcək. Hesabatın müəllifi Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanandır.
Human Rights Watch təşkilatının apardığı araşdırmalar nəticəsində Azərbaycanın hökumət qurumlarının Bakının dörd müxtəlif ərazisində yetərli məlumatlandırma və ya heç bir xəbərdarlıq etmədən, bəzən gecə yarısında çoxlu sayda ailələri evlərindən çıxarması, qeyri-qanuni olaraq onların mülkiyyətinin zorla özgəninkiləşdirməsi halları müəyyən edilib. Hökumət qurumları evləri uçurtduqları zaman bəzi hallarda sakinlərin əşyaları evlərində qalıb. Sökülən evlərin bir çoxunun şəhərin yaxşı ərazilərində yerləşməsinə baxmayaraq hökumət ev sahiblərinə mövcud bazar dəyərinə uyğun ədalətli kompensasiya ödəməkdən boyun qaçırıb.
Eurovision Musiqi Müsabiqəsinin keçiriləcəyi, hazırda tikintisi davam edən Bakı Kristal Zalının yaxınlığında, sahilyanı ərazidə yerləşən Dövlət Bayraq Meydanı bu hesabatda bəhs olunan dörd ərazidən biridir.
Human Rights Watch hesab edir ki, hökumət mülkiyyət hüquqları ilə bağlı yerli qanunlara və beynəlxalq öhdəliklərinə əməl etməlidir

XS
SM
MD
LG