Accessibility links

Human Rights Watch Misirdə təqiblərə son qoymağa çağırır



Qərargahı ABŞ-da yerləşən Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Misirdə bu yaxınlarda hakimiyyət dəyişikliyi zamanı insan hüquqlarının pozulması faktları ilə bağlı təhqiqata başlayıb və ordunun yaratdığı hökuməti islamçı qruplar və medaiaya qarşı təqiblərə son qoymağa çağırıb.

Misirdə prokurorlar Müsəlman Qardaşlarının mənəvi lideri Məhəmməd Badiyeni əsgərlər və hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları arasında insan ölümülə nəticələnmiş toqquşmalara gətirib çıxarmış zorakılıqlara təhrik etməkdə ittiham edilən onun həbsinə order verib.

Cənab Mursinin keçən həftə hakimiyyətdən devrilməsindən sonra rəsmilər Müsəlman Qardaşları təşkilatı və ultra-mühafizəkar Cəmaa İslamiyyə də daxil olmaqla, başqa qrupların 650 üzvü və aparıcı siyasi fiqurunu həbs edib.

Rəsmiləri Müsəlman Qardaşları təşkilatına məxsus binaları möhürləyib, təşkilatın televiziya stansiyası və ona rəğbət bəsləyən media qurumlarını bağlayıb. Human Rights Watch Misir ordusunun hakimiyyətdən devrilmiş prezidentin özünü və onun komandasının azı 10 üzvünü həbs edərək, onları ailə üzləri və vəkilləri ilə əlaqə saxlamasına imkan verməyib təcrid edilmiş vəziyyətdə saxladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG