Accessibility links

Human Rights Watch nümayəndələrinin Misirə girişinə icazə verilməyib


ABŞ-da qərargahlanan Human Rights Watch təşkilatının nümayəndlərinin keçən il təhlükəsizlik qüvvələrinin qətlləri ilə bağlı mühüm hesabatını açıqlamasından öncə Misirə girişinə icazə verilməyib.

Təşkilatın icraçı direktoru Kennet Roth və Yaxın Şərq şöbəsiin direktoru Sara Lea Uitson Misir rəsmilərinin onları gecə Qahirə hava limanında saxladıqdan sonra təhlükəsizlik səbəbləri ilə əlaqədar onların ölkəyə daxil olmasına icazə verməyiblər. Kennet Roth deyib ki, belə görünür, Misir hökuməti pozuntularla bağlı reallıqla qarşılaşmaq və günahkarları məsuliyyətə cəlb etmək niyyətində deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf Birləşmiş Ştatların təşkilatın nümayəndələrinin Misirə daxil olmasına icazə verilməməsinə görə narazılığını bildirib. O, ABŞ-ın Misir hökumətini nümayişçilərin qəttləri ilə bağlı şəffaf təhqiqat aparılmasına təşviq etdiyini deyib.

İnsan hüquqları müdafiəçiləri Misirə islamçı prezident Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən salınmasına etiraz olaraq 1150 nümayişçinin qətli ilə nəticələnmiş nümayişlərin ildönümü ilə bağlı hesabatı açıqlamaq üçün səfər edirdi.

Misir hökuməti nümayişçilərin ictimai asayişə təhlükə yaratdığını, Human Rights Watch təşkilatı isə polis və ordunun ardıcıl şəkildə odlu silahdan atəş açdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG