Accessibility links

Human Rights Watch İranı Həbiballah Lətifini edam etməməyə çağırıb


Human Rights Watch İranı Həbiballah Lətifini edam etməməyə çağırıb
Human Rights Watch İranı Həbiballah Lətifini edam etməməyə çağırıb

Təşkilatın bildirdiyinə görə, o, sabah Kürdüstan vilayətində Sənandac həbsxanasında edam olunacaq

İnsan haqları qrupları İranı separatçı qrupla əlaqəsi olmaqda təqsirli bilinən kürd əsilli hüquq tələbəsinin edam olunması planını geri götürməyə çağırır.

Human Rights Watch-un bildirdiyinə görə, Həbiballah Lətifinin sabah Kürdüstan vilayətində Sənandac həbsxanasında edam olunması planlaşdırılıb. Təşkilatın rəsmisi Co Stork deyib ki, Lətifinin həbsinin və onun təqsirli bilməsinə dair şərtlər tələbənin haqqlarının pozulduğunu göstərir. Stark deyib ki, İran agentləri Lətifiyə işgəncə verib və yetərli dəlil olmadan məhkəmə onun haqqında ölüm hökmü çıxarıb. Amnesty International da İranı Lətifinin edamını dayandırmağa çağırmışdı.

XS
SM
MD
LG