Accessibility links


Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch “Olimpiya anti-rekordları” adlı hesabat açıqlayıb. Hesabatda 2014-cü ildə Soçidə qış Olimpiya oyunlarına hazırlıqların gedişində tikinti işlərində çalışan miqrant fəhlələrin istismar edildiyi göstərilir.

Human Rights Watch bidlirir ki, Çoçiyə işləməyə gələn fəhlələrin böyük hissəsi onları işə götürənlər tərəfindən aldadılır, onlara daha az maaş verilir, etiraz edildiyi halda isə fəhlələr ölkədən çıxarılmaqla hədələnir. Təşkilat bu və xüsusilə də onların statusunu təsdiq edəcək əmək müqavilələrinin olmadığı halların Rusiyada fəhlə miqrantlar üçün ağır durumu əks etdirdiyini bildirir.

“Rusiya 2014-cü il Olimpiadasında ləyaqətlə çıxış etməyə hazırlaşır. Lakin fəhlələrin istismarı heç kəsə qələbə gətirməyəcək və Rusiya təcili kursu dəyişdirməlidir”-deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Ceyn Byükenen bildirib.

Təşkilat hesabatı Soçidə Olimpiya şəhərciyi, məkərzi stadion və meda mərkəz kimi tikinti obyektlərində çalışan miqrant fəhlələrlə müsahibələr əsasında hazırlayıb. Fəhələlər aldadıqlarını, bəzən istirahət gün olmadan 12 saat işləməyə məcbur edildikləri və istismar şəraitində saxlanmaq üçün onların pasportlarının alındığını bildiriblər.

2014-cü ildə Soçidə Oimpiya və Paralimpiya oyunlarına hazırlıqlar çərçivəsində kurort şəhəri olan Soçidə böyük tikinti işləri aparılır.

Human Rights Watch Olimpiya tikinti obyektlərində işçilərin hüquqlarının monitorinqi üçün hesabatı yaxın zamanlarda Beynəlxalq Olimpiya Komitəsinə təqdim etməyi planlaşdırır.

Beynəlxalq Olimpiya Komitəsi 2009-cu ildən insan ləyaqətinin qorunması kimi məsuliyyəti öz üzərinə götürərək, ciddi pozuntular olduğu halda komitə səviyyəsində işə müdaxilə edə bilir. Burada Olimliya tikinti obyektlərində miqrant fəhlələrin əmək hüquqlarının pozulması da daxildir. Lakin Human Rights Watch Soçi Olimpiadası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin belə yanaşma nümayiş etdirmədiyini qeyd edir.

Təşkilat 2014-cü il Soçi Olimpiadasına hazırlıqların gedişində qeydə alınmış problemləri nəzərə alaraq, Beynəlxalq Olimpiya Komitəsini tədbirə ev sahibliyi edən tərəflə müvafiq öhdəliklərin hazırlanması, onların icrası və monitorinqini həyata keçirmək məqsədilə daimi insan hüquqları komitəsinin yaradılmasına çağırır.

Human Rights Watch təşkilatının hesabatı Olimpiya tikiti obyektlərində işlərən 66 fəhlə miqrantla müsahibə əsasında hazırlayıb. Onlar Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna, habelə Serbiyadan gəlmiş fəhlələr olub. Az maaşlı işlərdə çalışan bur fəhlələr saatda 55 rublla 80 rubl (1,8 ABŞ dolları ilə 2,6 dollar) arasında maaş aldıqlarını bidiriblər.
XS
SM
MD
LG