Accessibility links

Human Rights Watch: Suriya hökuməti Hələbdə xlorin qazlı bombalardan istifadə edib


Human Rights Watch beynəlxalq insan haqları qrupu açıqladığı yeni hesabatda bildirib ki, keçən il noyabrın 17-də Suriya hökumət qüvvələri Rusiya hərbi təyyarələrinin dəstəyi ilə Hələbdə üsyançıların nəzarətindəki ərazilərə hücumlara başladığı zaman xlorin qazlı bombalardan istifadə edilib.

Hesabata əlavə edilən videoda partlayışın həyata keçirildiyi yerdə sarımtıl yaşıl qazın yayıldığını görmək mümkündür. Dörd azyaşlı ölü uşağın yan-yana uzandığı nümayiş etdirilən fotonun üzərində isə bütöv bir ailənin toksik hücum nəticəsində öldüyü yazılıb.

Human Rights Watch-un bildirdiyinə görə, 200 nəfərə qədər insan zəhərləyici qazın istifadə edildiyi hücum nəticəsində xəsarət alıb.

Hesabatda qeyd edilib ki, kimyəvi hücumların sayı keçən il noyabr ayının 17-dən başlayaraq dekabrın 13-də barışıq barədə razılıq əldə edilənə qədər müddət ərzində sənəddə göstərilən səkkiz dəfədən daha artıq ola bilər.

Prezident Bəşar Əl-Əsəd hökuməti üsyançılara qarşı altı ildir davam edən müharibədə kimyəvi silahlardan istifadə edildiyini dəfələrlə təkzib edib. Suriya hökuməti insan haqları müşahidəçilərini və Qərb hökumətlərini Dəməşqin belə hücumlarda iştirakına dair dəlilləri uydurmaqda ittiham edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG