Accessibility links

Human Rights Watch: Suriyada yeniyetmə qızlar cinsi zorakılığa məruz qalır

  • Amerikanın səsi

Human Rights Watch təşkilatının rəsmisi bildirir ki, Suriya hökumət qüvvələri həbs edilmiş kişiləri, qadınları və oğlan uşaqlarına qarşı işgəncə metodu kimi cinsi zorakılıqdan istifadə edir.

ABŞ-ın Nyu-York şəhərində qərargahlanan insan haqları qrupu bu gün açıqladığı bəyanatda əsgərlər və hökumət tərəfdarı silahlı qrupun qadınlarla yanaşı 12 yaşında yeniyetmə qızlara da cinsi zorakılıq tətbiq etdiyini bildirib.

Qrup öz hesabatını əvvəl məhbus olmuş şəxslərlə müsahibələr əsasında hazırlayıb. Keçmiş məhbuslar cinsi alçaldılmanın qurbanı və ya şahid olduqlarını təsvir edərək deyib ki, buraya zorlama, döyülmələr və elektrşok verilməsi daxil olub.

Qrup bildirir ki, onlar 2011-ci ilin martından 2012-ci ilin eyni ayınadək 20-yə yaxın cinsi alçaldılma faktını sənədləşdirib. Bu hadisələrin əksəriyyəti müxalifətin istinadgahı olan Homs şəhərində baş verib. Ancaq qrup bildirir ki, Suriya təcridxanalarında kütləvi belə halların baş verməsindən xəbərdar deyillər.


XS
SM
MD
LG