Accessibility links

Human Rights Watch təşkilatı Səkinə Aştianinin edam olunacağından narahatdır


Human Rights Watch təşkilatı Səkinə Aştianinin edam olunacağından narahatdır
Human Rights Watch təşkilatı Səkinə Aştianinin edam olunacağından narahatdır

İnsan haqları təşkilatından Nadya Xəlifə İranın daşqalaq praktikasını təndiq etmiş və bunu vəhşilik adlandırmışdır. Xanım Aştiainin vəkili onun çıxışının nümayiş etdirildiyi televiziya proqramını məzhəkə adlandırıb.

Baş qərargahı Nyu York şəhərində yerləşən Human Rights Watch təşkilatı İran televiziyası Səkinə Məhəmməd Aştianinin olduğu deyilən qadının ərinə xəyanət etdiyini boynuna almasını nümayiş etdirdikdən sonra İranın onu edam edəcəyindən narahatlığını bildirib. İran televiziyasının çərşənbə günü nümayiş etdirdiyi videoda qadın ərinə xəyanət etdiyini və ərinin qətlində əli olduğunu etiraf edib.Bundan əvvəl isə xanım Aştiani ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.

Televiziya ilə müsahibə verən qadının üzünün böyük hissəsi örtülü olduğu üçün onun şəxisyyətini müəyyən etmək qeyri-mümkün olub. İnsan haqları təşkilatından Nadya Xəlifə İranın daşqalaq praktikasını təndiq etmiş və bunu vəhşilik adlandırmışdır.

Təşkilatın bəyanatında yazılır ki, Xanım Aştiainin vəkili Cavid Kian onun çıxışının nümayiş etdirildiyi televiziya proqramını məzhəkə adlandırmışdır.Vəkil xanım Aştianinin olduğu deyilən televiziyadakı etiraflardan sonra onunla görüşməsinə icazə verilmədiyini deyib. O Ali Məhkəmənin qərarını gözlədiyini bildirib. Təşkilatn televiziyadakı çıxışdan sonra xanım Aştianinin tələsik olaraq edam ediləcəyindən narahatdır.

XS
SM
MD
LG